
"Associated Press" (AP) agentliyi sosial şəbəkədə İsrailə qarşı paylaşımlar edən əməkdaşı Emili Uaylderi işdən kənarlaşdırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Uaylder bu barədə “Washington Post” qəzetində məlumat verib. O həmçinin bildirib ki, yəhudi olmasına baxmayaraq tələbə vaxtından fələstinlilərin haqlarını qoruyub.
Uaylder İsrailin fələstinlilərə qarşı zorakılığını əks etdirən tvitlərinin onun əleyhində istifadə edildiyini qeyd edib. Emili Uaylder onu da iddia edib ki, agentliyə onun işdən çıxarılması ilə bağlı təzyiqlər olub.
