
11 gün davam edən döyüş əməliyyatları zamanı İsrail Müdafiə Qüvvələri, Qəzza Zolağında 225 fələstinli döyşçünün öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Xəbərə görə, öldürülənlər arasında 25 yüksək rütbəli komandir də olub. O cümlədən 260 mülki şəxs İsraildən açılan atəş nəticəsində dünyasını dəyişib. Onlardan 50-dən çoxu uşaqlardır. 1900 nəfər isə yaralanıb.
Xatırladaq ki, İsraillə Fələstin arasında qarşıdurma 10 mayda başlamışdı.