Tahir Salahov Birinci Fərxi xiyabanda dəfn ediləcək – RƏSMİ

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilrib.

Bildirilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri gedir: “Cənazənin nə zaman Bakıya gətiriləcəyi hələ ki məlum deyil, çünki bu sənədləşmə işlərindən asılıdır”.

Xalq rəssamının bacısı Zərifə Salahova isə “Report”a açıqlamasında bildirib ki, T.Salahovun cənazəsinin ölkəyə gətirilməsi və digər məsələlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna tapşırılıb.




***10:25
"Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib".

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top