İsrail hökuməti atəşkəs qərarını təsdiqləyib


İsrail Nazirlər Kabineti Qəzza zolağına endirilən zərbələrin dayandırılmasına qərar verib.

Bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Kanal 13”ün xəbərinə görə isə rəsmi Təl-Əviv mayın 21-i, saat 2-də atəşi dayandırmaq niyyətindədir.

Fələstin xarici işlər naziri Riyad əl-Maliki öz növbəsində bildirib ki, İsrail tərəfinin atəşkəs qərarı yaxşı addım olardı, ancaq bu kifayət deyil.

Onun sözlərinə görə, əsas məsələ Qüdsün statusu olaraq qalır.//apa

DİGƏR XƏBƏRLƏR

Top