
İran Vyanada davam edən nüvə razılaşmasında əsas saksiyaların qaldırılması ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani məlumat verib:
"Neft, neft kimyası, gəmiçilik, sığorta, mərkəzi bank və bütün banklara tətbiq olunan sanksiyaları ləğv etməyi qəbul etdilər. Əsas və böyük addımı atdıq və əsas razılaşma əldə edildi. Yekun nəticənin əldə olunması üçün bəzi mövzularda danışıqlar davam etdirilir”.