
15 mayda uğurla Marsa enən Çinin “Zhurong”adlı kosmik gəmisindən görüntülər gəlib.
Yeniavaz.com “CNN”ə istinadla xəbər verir ki, sözügedən fotolar Çinin Milli Kosmik İdarəsinin (CNSA) internet səhifəsində paylaşılıb.
Qeyd edək ki, Çin, ABŞ və Rusiyadan sonra Marsa kosmik gəmi göndərən 3-cü ölkədir.
