
Bu ilin may ayının 1-nə olan məlumata görə Azərbaycanda 365,5 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin ilk 4 ayında Azərbaycanda işsizlərin sayında 10,4 min nəfər azalma olub. Belə ki, bu ilin yanvar ayının 1-də Azərbaycanda 375,9 min işsiz olub.
Qeyd edək ki, koronavirus pandemiyasının yayılmağa başladığı ötən ilin mart ayından başlayaraq ölkədə işsizlərin sayında artım qeydə alınsa da, bu ilin əvvəlindən başlayaraq azalmağa başlayıb.
Ötən ilin əvvəlindən bu ayın əvvəlinə kimi işsizlərin sayı aylar üzrə aşğıdakı kimi olub:
İllər | İşszilərin sayı (min nəfər) |
1 yanvar 2020 | 251,6 |
1 fevral 2020 | 251,6 |
1 mart 2020 | 251,6 |
1 aprel 2020 | 255,1 |
1 may 2020 | 297,8 |
1 iyun 2020 | 305,5 |
1 iyul 2020 | 337,5 |
1 avqust 2020 | 348,6 |
1 sentyabr 2020 | 353,9 |
1 oktyabr 2020 | 364,2 |
1 noyabr 2020 | 363,5 |
1 dekabr 2020 | 365,4 |
1 yanvar 2021 | 375,9 |
1 fevral 2021 | 376,1 |
1 mart 2021 | 370,5 |
1 aprel 2021 | 370,3 |
1 may 2021 | 365,5 |