“Metro iyun ayının 1-də sərnişindaşımaya tam hazır olacaq”


Operativ Qərargah növbəti aydan etibarən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə dair qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Bunu Yeniavaz.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, “Elmlər Akademiyası” stansiyasında aparılan təmir işləri iyun ayının 1-dək yekunlaşdırılacaq:
“Əvvəlcədən elan etmişdik, “Elmlər Akademiyası” stansiyasında dəmir-beton bloklar tətbiq olunur. Bu işlər iyun ayının 1-ə qədər tamamlanacaq və sərnişindaşımaya tam hazır olacağıq. Amma bu o demək deyil ki, iyun ayının 1-də metro açılacaq. Təbii ki, qərarı Operativ Qərargah verəcək və Bakı Metropoliteni qərardan irəli gələn vəzifələri yerinə yetirəcək”.
Xatırladaq ki, bu gün TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva mətbuata açıqlamasında, yaxın günlərdə ictimai nəqliyyatın istifadəsi ilə bağlı müəyyən qərarların elan olunmasının gözlənildiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top