
İsrail və Fələstin arasında 10 maydan etibarən davam edən münaqişədə 75 min fələstinli yaşayış yerini tərk etməyə məcbur edilib.
Yeniavaz.com “AA” ya istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin nümayəndəsi Cens Larke məlumat verib. O bildirib ki, 75 min nəfərdən 47 mini Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar Agentliyinə məxsus 58 məktəbə sığınıb. 28 min 700 nəfər isə bölgədəki insanların evində qonaq edilib.