
"Çimərliklərlə bağlı qaydaları biz tənzimləmirik. Biz bir həkim kimi tibbi cəhətdən buna qiymət verə bilərik. Keçən il də bəlli şərtlərlə çimərliklər açılmışdı. O zaman çimərliklərin fəaliyyəti üçün sanitar qaydalar hazırlanmışdı. Bu qaydalar əsasında aidiyyatı qurumlar yenə də çimərliklərin açılması ilə bağlı yenə də qərar verəcəklər, deyə düşünürəm".
Yeniavaz.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva REAL TV əməkdaşının mövzu ilə bağlı sualını cavablandırarkən deyib.