Bakıda 42 nömrəli avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək


Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Yeniavaz.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top