Təqaüd alan şəhid yaxınlarının sayı və məbləğ AÇIQLANDI


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə 18 min 548 nəfər şəhid ailəsinə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub. Şəhid ailələrinə verilən təqüdlərin bir nəfərə düşən orta aylıq məbləği 339 manat 58 qəpik olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə təqaüd alan şəhid yaxınlarının sayı 57% və ya 6 min 707 nəfər artıb. Şəhidin ailə üzvlərinə verilən təqüdün orta aylıq məbləği isə 32,3% və ya 83 manat artıb.

DİGƏR XƏBƏRLƏR

Top