Yenidən koronavirusa yoluxa biləriksə, niyə vaksin vurulur? – TƏBİB-dən AÇIQLAMA


TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva AzTV-də çıxışı zamanı, yenidən yoluxma ehtimalı olduğu halda vaksin vurulmasının vacibliyinin səbəbini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, vaksinin, insan orqanizminin virusu tanıması və ona qarşı immunitet sistemi formalaşdırması üçün vurulduğunu bildirib:
“İnsan xəstələnəndə canlı virusla rastlaşır. İnsanın orqanizmi canlı virusa cavab verir. Əgər mənim canlı virusla rastlaşdıqdan sonra yenidən yoluxma şansım varsa, əlbəttə ki, mən zəiflədilmiş virusla rastlaşan zaman da, onun əmələ gətirdiyi immunoloji qorunmanın da, bir müddətdən sonra zəifləməsi məntiqlidir. Amma burada nə var. Biri var, bizim orqanizmimiz heç vaxt qarşılaşmadığı, heç bir məlumatı olmadığı bir virusla qarşılaşır. Bu zaman onun bizə verdiyi fəsada qarşı qoruyucu heç bir şeyimiz yoxdur. Biri də var ki, artıq mənim orqanizmim bu virusun genetik materialı ilə, informasiyası ilə bir kərə rastlaşıb, zəif də olsa, bəlli bir hüceyrə əsasında ona qarşı bir qorumam var”. 

DİGƏR XƏBƏRLƏR

Top