Ermənistan ilə Azərbaycan arasında yeni sənəd imzalana bilər – Nikol Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar masasında müəyyən bir sənədin olduğu barədə məlumatı təsdiqləyib.
Yeniavaz.com “Sputnik” agentliyinə istinadən bildirir ki, Paşinyan bu barədə hökumətin bugünkü iclasında məlumat verib. Baş nazir Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqların getdiyini söyləyib.
Nikol Paşinyan deyib ki, indi sənədlərin mətnini dərc etməyəcəklər: "Çünki danışıqlar hələ davam edir və bu səbəbdən sənədi dərc etmək düzgün deyil".
Baş nazir onu da qeyd edib ki, sənəd Ermənistanın maraqlarına uyğundur və Azərbaycan razılıq versə imzalamağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top