Yaponiya 6 ölkədən gələn vətəndaşlara məhdudiyyət qoyur


Yaponiya koronavirusa yoluxma hallarının qarşısını almaq üçün 6 ölkədən gələn xarici vətəndaşların ölkəyə girişini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat verib. Həmin ölkələr sırasına Tayland, Şri Lanka, Kamboca, Seyşel adaları, Sent Lusia, Şərqi Timor və Monqolustan daxildir. Onlara tətbiq oluncaq məhdudiyyətin limiti iki həftə olacaq.
21 may tarixindən etibarən qüvvəyə minəcək qayda yapon vətəndaşlarını, Yaponiyada yaşayan əcnəbiləri və onların ailələrini əhatə etmir.
Qeyd edək ki, bununla da Yaponiyaya gəlişi məhdudlaşdırılan ölkələrin sayı 159-a çatacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top