Livandan İsrailə raket atıldı


Livandan İsrailə 4 raketin atıldığı bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat verib. Məlumatda deyilir ki, raketlər atıldıqdan sonra Hayfa şəhəri və ətrafında xəbərdarlıq siqnalları çalınmağa başlayıb. Raketlərdən birinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib. Digərinin boş əraziyə, ikisinin isə Aralıq dənizinə düşdüyü qeyd edilib. Hadisədən sonra İsrail Silahlı Qüvvələrinin raket atılan əraziyi topla cavab atəşinə tutduğu bildirilib.
Hücum nəticəsində iki nəfər yüngül yaralanıb.
Qeyd edək ki, 13 mayda da Livandan İsrail ərazisinə 3 raket atılmış, amma xəsarət alan olmamışdı.

DİGƏR XƏBƏRLƏR

Top