Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər – RƏSMİ


“Üzümüzə gələn günlərdə açıq havada maskanın istifadəsi, ictimai nəqliyyatın istifadəsi ilə bağlı bəlli bir qərarların elan olunması gözlənilir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri AzTV-də çıxış edən TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, hazırda bu istiqamətdə çox ciddi müzakirələr gedir:
“Mən istəyirəm, xalqımıza çatdırım ki, onları narahat edən, daima soruşulan suallar üzərində çox sıx iş gedir. Biz hər zaman deyirdik ki, hər bir addım, yumşalma və sərtləşmə epidemioloji vəziyyətdən asılıdr. Əlbəttə insanlar görür ki, son vaxtlar bu vəziyyət asta-asta yaxşılaşmağa doğru gedir. Bizim bəzi pandemiya xəstəxanalarımız, xəstə sayı azaldığı üçün yavaş-yavaş bağlanır. Bu da xoş bir xəbərdir. Buna görə də, bu gün camaatın gözlədiyi bəzi qərarlar üzərində çox ciddi müzakirələr gedir. Hər kəs bir şeyi başa düşməlidir ki, vaksinasiya çox önəmlidir. Bizim qərar qəbul etməyimizdə bəlkə də, yoluxma sayı ilə eyni dərəcədə duran vaksinasiya olunan vətəndaşlarımızın sayının artmasıdır”.

DİGƏR XƏBƏRLƏR

Top