Lavrov və Blinken Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib


Rusiya Xarici
İşlər Naziri Sergey Lavrovla ABŞ dövlət katibi Antoni Blinken arasındakı ilk görüş başa çatıb.

Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, iki ölkə rəsmisinin görüşü İslandiyanın paytaxtı Reykyavikdə həyata keçirilib.
İki ölkə rəsmiləri arasındakı görüşdə Koreya yarımadasının problemləri, İranın Nüvə Proqramı (JCPOA) üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı və Əfqanıstandakı vəziyyət müzakirə edilib. Tərəflər həmçinin Moskva və Vaşinqton arasında bir-birinə zidd olan və ya müsbət nəticə əldə edə biləcəkləri strateji məsələləri də müzakirə ediblər.
“Sputnik Armenia” ABŞ və Rusiya rəsmilərinin Azərbaycan və Ermənistan sərhədində yaranan böhranı da müzakirə etdiklərini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top