Xüsusi təyinatlılar Fərhad Əhmədovun 225 milyonluq yaxtasını ələ keçirməyə hazırlaşır


Marşall Adaları məhkəmələrinin qərarına əsasən Əhmədovlara məxsus 225 milyon funt-sterlinq dəyərindəki “Luna” adlı yaxta Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya verilib.
Yeniavaz.com “Daily Mail”ə istinadən xəbər verir ki, T. Əhmədova keçmiş ərinin məhkəmə qərarını icra etməyərk 453 milyon funt sterlinq dəyərindəki təzminatı ödəməkdən imtina etməsindən sonra 115 metrlik yaxtanı ələ keçirmək üçün Xüsusi Qayıq Xidmətinin (Special Boat Service - SBS) veteranlarını işə götürüb. Elit əsgərlərdən ibarət bu qrup Böyük Britaniya Kral donanmasının xüsusi təyinatlı qüvvələr bölməsidir. T. Əhmədova həmçinin, qayığın ələ keçirildikdən sonra mühafizəsi işini də sözügedən qrupa həvalə edib.
Qeyd edək ki, dəbdəbəli yaxta hal-hazırda BƏƏ-nin Port-Rəşid şəhərində beynəlxalq həbs qərarı altındadır.
Xatırladaq ki, Fərhad Əhmədovun T. Əhmədova ilə boşanma prosesi 2013-cü ildə başlayıb. 2016-cı ildə məhkəmə Tatyananın həyat yoldaşına qarşı qaldırdığı 453 milyon funt-sterlinq dəyərindəki iddianı təmin edib. Lakin milyarder qərarı icra etməkdən imtina edib. Oğlu Teymuru da atası ilə əlbir olmaqda günahlandıran qadın bu dəfə də 28 yaşlı gənci məhkəməyə verib. London Ali Məhkəməsi əslən azərbaycanlı olan iş adamı Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovanın öz doğma oğlu Teymura qarşı qaldırdığı 70 milyon funt-sterlinq dəyərindəki məhkəmə iddiasını təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top