Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 66,1 min ailənin 278 min 994 üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 13,5% və ya 10,3 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 12,2% və ya 38 min 589 nəfər azalıb.
Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 27 min 613 nəfər ünvanlı dövlət sosial yardım alıb.
Bakıdan sonra sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar - 21 min 961 nəfər.
Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 19 min 69, Cəlilabad rayonunda 10 min 519, Salyan rayonunda 9 min 936, Sumqayıt şəhərində isə 8 min 638 nəfər olub.
Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (111 nəfər), Balakən (144 nəfər) və Naftalan (286 nəfər) rayonları yer alıb.
Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Şəhər və rayonlar | Ünvanlı dövlət sosial yardımı alanların sayı, (nəfər) |
1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği, (manat) |
Respublika üzrə - cəmi | 278 994 | 58,24 |
Bakı şəhəri - cəmi | 27 613 | 57,95 |
Xızı rayonu | 543 | 60,06 |
Abşeron rayonu | 3 433 | 59,08 |
Sumqayıt şəhəri | 8 638 | 59,32 |
Gəncə şəhəri | 7 901 | 57,03 |
Qazax rayonu | 2 332 | 58,04 |
Ağstafa rayonu | 639 | 58,10 |
Tovuz rayonu | 7 701 | 62,11 |
Şəmkir rayonu | 2 806 | 60,76 |
Gədəbəy rayonu | 1 061 | 57,17 |
Daşkəsən rayonu | 1 733 | 58,95 |
Samux rayonu | 1 588 | 54,90 |
Göygöl rayonu | 3 896 | 59,34 |
Goranboy rayonu | 5 891 | 58,50 |
Naftalan şəhəri | 286 | 57,65 |
Balakən rayonu | 144 | 58,19 |
Zaqatala rayonu | 967 | 62,36 |
Qax rayonu | 350 | 57,57 |
Şəki şəhəri | 5 360 | 57,54 |
Oğuz rayonu | 582 | 60,49 |
Qəbələ rayonu | 551 | 58,45 |
Astara rayonu | 2 641 | 58,17 |
Lənkəran şəhəri | 21 961 | 56,84 |
Lerik rayonu | 3 771 | 56,99 |
Yardımlı rayonu | 7 855 | 57,84 |
Masallı rayonu | 19 069 | 59,59 |
Cəlilabad rayonu | 10 519 | 59,45 |
Qusar rayonu | 5 633 | 58,69 |
Xaçmaz rayonu | 6 126 | 58,71 |
Quba rayonu | 4 138 | 59,40 |
Şabran rayonu | 4 473 | 59,24 |
Siyəzən rayonu | 1 444 | 58,87 |
Göyçay rayonu | 482 | 58,74 |
Beyləqan rayonu | 3 783 | 58,90 |
Ağcabədi rayonu | 6 503 | 60,34 |
Bərdə rayonu | 4 517 | 59,72 |
Neftçala rayonu | 2 460 | 58,01 |
Biləsuvar rayonu | 4 472 | 62,17 |
Salyan rayonu | 9 936 | 59,96 |
Yevlax şəhəri | 8 223 | 60,78 |
Mingəçevir şəhəri | 5 967 | 58,67 |
Ağdaş rayonu | 3 899 | 58,35 |
Ucar rayonu | 2 740 | 57,07 |
Kürdəmir rayonu | 2 551 | 57,73 |
İmişli rayonu | 2 141 | 53,67 |
Saatlı rayonu | 2 714 | 57,68 |
Sabirabad rayonu | 2 762 | 57,76 |
Hacıqabul rayonu | 2 981 | 60,65 |
Şirvan şəhəri | 2 830 | 58,66 |
Cəbrayıl rayonu | 1 565 | 53,58 |
Füzuli rayonu | 5 023 | 54,08 |
Ağdam rayonu | 7 186 | 55,43 |
Tərtər rayonu | 2 169 | 56,22 |
Xocalı rayonu | 732 | 57,53 |
Şuşa rayonu | 1 010 | 55,65 |
Xocavənd rayonu | 406 | 58,30 |
Xankəndi şəhəri | 111 | 52,35 |
Kəlbəcər rayonu | 4 371 | 55,15 |
Laçın rayonu | 4 584 | 54,99 |
Qubadlı rayonu | 914 | 56,28 |
Zəngilan rayonu | 817 | 54,55 |
Qobustan rayonu | 545 | 61,86 |
İsmayıllı rayonu | 638 | 58,60 |
Ağsu rayonu | 1 709 | 55,11 |
Şamaxı rayonu | 4 030 | 60,93 |
Naxçıvan Muxtar Respublikası - cəmi | 2 267 | 41,13 |
A.Cəfərov