Netanyahu: "İki yol var, ya onları ələ keçirə bilərik, ya da…"


İsrailin baş naziri Benyamin Netanyahu “Həmas”la mübarizədə qərarlı olduğunu bir daha vurğulayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu “Həmas”la bağlı fikirlərini Tel-Əvivdə xarici ölkə səfirlikləri ilə birgə iclasında səsləndirib. Nazir hücumun məqsədinin “Həmas”ın gücünü azaltmaq olduğunu bildirib: "Bununla mübarizə etməyin yalnız iki yolu var. Ya onları ələ keçirə bilərik, bu, daima açıq ehtimaldır. Ya da onları yoldan döndərməliyik. Biz indi onları yollarından döndərmək üçün ən sərt siyasətimizi həyata keçiririk".
Qeyd edək ki, 10 may tarixindən bu günə kimi Qəzza zolağında İsrailin hücumları nəticəsində 215 nəfərdən çox fələstinli öldürülüb, 1500-dən çoxu isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top