Yevlaxda kanalizasiya suyunun içində yaşayan sakinlər – FOTOLAR


Yağış, kanalizasiya sularının küçəyə axması Yevlax rayonunun Nizami küçəsi 36 ünvanında hərəkəti çətinləşdirib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən ünvanda 10 ailə yaşayır. Sakinlər, məktəbyaşlı uşaqlar üçün buradan gedib-gəlməyin mümkünsüz olduğunu bildiriblər. Onların sözlərinə görə, ətrafa yayılan pis qoxu isə həm böyüklərə, həm də kiçiklərə təsir edir. 
Sakinlərdən Nazxanım Səfərəliyeva, Məzahir Məmmədov, Qəhraman Hacıyev, Qarayeva Bəsti və Hüseynova Tehran bildirilər ki, yaşadıqları ərazi çökəkdə olduğundan və kanalizasiya boruları düzgün işləmədiyi üçün şəhərin digər küçələrinin çirkab suları da buraya axır. Bunun qarşısını almaq üçün küçə sakinləri özləri tədbir görməli olub.
Nizami küçəsində yaranan mövcud vəziyyətlə bağlı Yevlax Sukanal İdarəsinə müraciət etsək də, qurumdan hər hansı məlumat verilmədi. Yevlax Kommunal Təsərüffat müəssəsindən isə bildirildi ki, küçəyə yığılan suyun çəkilməsi üçün ora texnikalar cəlb edilir. Müəssisə rəhbəri qeyd edib ki, artıq Yevlaxda su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. İşlər yekunlaşdıqdan sonra həmin küçədə problem qalmayacaq.


Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top