Həkimdən çağırış: “Bəzi şəxslər “Sputnik V” vurdurmasın” – VİDEO

“Sputnik V” peyvəndi 18 yaşdan yuxarı şəxslərə vurula bilər.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib. O bildirib ki, digər peyvəndlərin kimlərə vurulması məsləhət edilmirdisə, həmin şəxslərə “Sputnik V”nin də tətbiqi tövsiyə olunmur:

“Korona peyvəndləri ilə yanaşı bütün peyvəndlərə allergiyası olan və ya hansısa xəstəliyin kəskin dövrünü yaşayan, anafilaktik şoku keçirmiş şəxslərə peyvənd tətbiq olunmur. Bundan başqa, digər peyvəndlərdə olduğu kimi, bu peyvənd də hamilə və südverən qadınlara vurulmur”.

DİGƏR XƏBƏRLƏR

Top