Qurban Qurbanov Mahir Emrelinin yeni klubunu açıqladı


Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”dan ayrılacaq.

Bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib.

remyer Liqanın XXVIII turunun “Neftçi” ilə görüşündən (0:1) sonra açıqlama verən 49 yaşlı mütəxəssis hücumçunun ölkə xaricində legioner həyatı yaşayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.

O, Emrelinin Varşava “Legiya”sına keçidinin gözlənilən olduğunu gizlətməyib.//apa

DİGƏR XƏBƏRLƏR

Top