Bu rayonlarda qanunsuz tikintinin qarşısını alındı – VİDEO


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən Qobustan şəhəri, Bakı-Şamaxı yolunun 91-ci kilometrliyində yerləşən “Koneç” adlanan ərazidə vətəndaşa məxsus torpaq sahəsində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Qobustan Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb. Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib. Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top