Azərbaycanda ölənlərin sayı 20 faizə yaxın artıb


Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 10 min 981 nəfər və ya 0,1% artaraq aprel ayının 1-də 10 milyon 130 min 114 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-mart aylarında 29 min 484 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 təşkil edib. Doğulanların 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Körpələrdən 708-i əkiz, 21-i isə üçəm doğulanlardır.
2021-ci ilin birinci rübündə ölkədə 19 min 14 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% və ya 3 min 6 nəfər artıb.
Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 334 nikah və 3 min 704 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 587 nəfər gələn, Azərbaycandan isə 76 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 511 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top