
CNN-nin müxbiri Ben Vedeman Qüdsdə İsrail polislərinin hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News”un Yaxın Şərq üzrə müxbiri Mark Stoun öz tviter hesabında paylaşım edib: "İsrail polisi bölgəyə akkreditasiya olunmuş CNN müxbiri Ben Vedeman və onun komandasını itələdi. Bu tip hadisələr həftə ərzində başımıza gəlib".
Onun sözlərinə görə, İsrail polisləri zorakılıqdan istifadə edir. O öz paylaşımında 1 İsrail polisinə təbəssümlə salam verdiyi vaxt ona söyüşlə cavab verildiyini də qeyd edib.
The Israeli police pushing around accredited news correspondent @bencnn and his @cnni crew. It’s happened to us all this week.
— Mark Stone (@Stone_SkyNews) May 18, 2021
Today I walked past a policeman. I smiled and said hello. “F*ck off” he said. pic.twitter.com/FuS1D9g3ey