Polşa öz vətəndaşlarına Azərbaycan-Ermənistan sərhədinə səyahət etməməklə bağlı çağırış etdi


Polşanın Ermənistandakı səfirliyi öz vətəndaşlarına Azərbaycanla sərhədə getməmək barədə çağırış edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "news.am" məlumat yayıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti də bənzər məlumat yayıb. Verilən məlumatlarda Azərbaycana səyahət edənlərin xəbərdarlığını ən yüksək 4-cü (qırmızı) səviyyəyə qaldırıldığı bildirilib. 
Dövlət Departamenti ABŞ vətəndaşlarının Azərbaycana getməməsinə səbəb kimi koronavirus pandemiyası və terror ehtimalını göstərir.
Xatırladaq ki, sonuncu dəfə İkinci Qarabağ müharibəsindən bir neçə gün qabaq ABŞ səfriliyi Azərbaycan və Ermənistandakı vətəndaşları barədə belə bir çağırış etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top