ABŞ-ın məxfi şəkildə hazırladığı dron Rusiya istehsalı "Pantsir-C1"i vura bilmədi – "The Drive"


ABŞ-da ciddi məxfilik altında hazırlanan kamikadze dronun sınaq atışları keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Drive” məlumat yayıb. Nəşrin xəbərinə görə, hadisə ABŞ-ın Yuta əyalətindəki “Dugway” poliqonunda ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “Edge 21” təlimində baş verib. İddiaya görə, pilotsuz təyyarələrin Sakit Okeandakı adalar zənciri boyunca səpələnmiş üç hədəfi vurması lazım idi. Onlardan biri hava hücumundan müdafiə radarı, ikincisi komandanlıq və idarəetmə mərkəzi, üçüncüsü isə Rusiya istehsalı “Pantsir-C1” hava hücumundan müdafiə sisteminin bənzəri olub. İlk iki hədəfə pilotsuz təyyarələr uğurla zərbə endirib, ancaq “Pantsir-C1” ə gəldikdə dron bilinməyən səbədən hədəfi vura bilməyib. Daha sonra sınaq atışları dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top