May ayının əvvəlində keçirilmiş NATO təlimlərindən sonra bəzi xüsusi təyinatlı qüvvələrin Krıma daxil olduğu bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb. Bildirilib ki, hava yolu vasitəsilə gizli şəkildə Krıma enən NATO qüvvələri pusqu qura, dənizdə və quruda kəşfiyyat aparmaqla yanaşı sualtı xüsusi əməliyyatlar da həyata keçirə bilərlər. Onların okeanda sensorlar quraşdıra biləcəyi və Rusiya gəmilərinə maqnit minaları yerləşdirə biləcəkləri vurğulanıb.
İddia ilə bağlı Rusiyadan heç bir açıqlama verilməyib.