
HƏMAS üzvü İzzət əl-Rişq İsrail-Fələstin münaqişəsində atəşkəs elan olunacağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rişq atəşkəslə bağlı hər hansı razılığa gəlinmədiyini açıqlayıb. Onun sözlərinə görə, atəşkəsin əldə olunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Misir, Qətər və digər ölkələr səy göstərir.
Qeyd edək ki, İsrail mətbuatı tərəfindən iki ölkə arasında atəşkəs elan ediləcəyi ilə bağlı xəbər yayılmışdı. Məlumatda atəşkəsin mayın 20-də əldə olunacağı bildirilirdi.