Sedat Peker Süleyman Soyluya yaxın jurnalisti ifşa etdi – VİDEO


Türkiyəli mafiya lideri Sedat Peker Türkiyənin daxili işlər naziri Süleyman Soyluya yaxınlığı ilə bilinən jurnalisti ifşa edib.
Yeniavaz.com
xəbər verir ki, bir neçə gün əvvəl Türkiyənin məşhur “İnternethaber” saytının sahibi Hadi Özışıkın Sedat Pekerlə Süleyman Soylu arasında əlaqələndirici olduğunu iddia edilmişdi. Bu barədə Türkiyənin ana müxalifət partiyasının (CHP) fraksiya sədri Özgür Özəl məlumat paylaşmışdı. O iddia etmişdi ki, Süleyman Soylu Hadi Özışıka Sedat Pekerlə danışıqlar aparması barədə göstəriş verib. Ancaq Hadi Özışık, “belə bir şey etmişəmsə, namussuzam, şərəfsizəm, alçağam” deyə açıqlama yaymışdı. Sedat Peker dünən gecə saatlarında yayımladığı video ilə bu mübahisəyə də son qoydu. O, Hadi Işıkla apardığı müzakirənin videogörüntülərini yaydı:
“Əziz dostlarım, “Internethaber” veb saytının sahibi Hadi və Süleyman Özışık qardaşları mənimlə yaxınları Süleyman Soylu arasında vasitəçi olduqlarını inkar etdilər. Heç kəsi aldatmıram, amma özümü də rüsvay etmərəm”.
Bu görüntülər yayımlanandan sonra Süleyman Soylu da açıqlama yaydı. O bildirib ki, baş verən hadisələrdə həmin jurnalist sadəcə onun adından istifadə edib. Hadi Özışıka heç bir tapşırıq verməyib. 
Hadi Özışık da məsələ ilə bağlı danışaraq bildirib ki, bu müzakirəni öz istəyi ilə Süleyman Soylu adından aparıb, daxili işlər nazirinin bundan xəbəri olmayıb.
Qeyd edək ki, Sedat Peker bir müddətdir "youtube" vasitəsilə yayımladığı videolarda türkiyəli nazirlər, siyasətçilər, deputatlar haqqında qalmaqallı məlumatlar paylaşır.

DİGƏR XƏBƏRLƏR

Top