Rusiya Türkiyəyə mesaj verir? – Ermənistan-Türkiyə sərhədində Suvorova büst qoyuldu – FOTOLAR


Dünən Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının ərazisində hərbi xadim Aleksandr Suvorovun büstünün açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, Aleksandr Suvorov 1730-1800-ci illərdə yaşayıb və Rusiyanın ən tanınmış hərbi xadimlərindən biri olub. 
Məlumat üçün bildirək ki, Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Türkiyə ilə sərhəddə yerləşir. Aleksandr Suvorovun büstünün Türkiyə ilə sərhəddə açılması insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Bildiyimiz kimi, Suvorov XVIII əsrin ikinci yarısında – 1769-1791-ci illərdə Rusiya ilə Osmanlı (Türkiyə) arasında baş verən müharibələrdə rus ordusunun komandiri olub. Suvorovun komandanlığı altında keçirilən döyüşlərdə Osmanlı ordusu ağır məğlubiyyətlərə məruz qalıb. Krım Xanlığı (1441-1783-cü illər) başda olmaqla Osmanlının nəzarətində olan böyük bir ərazi Rusiya tərəfindən ilhaq edilib. Suvorovun komandanlığı ilə aparılan müharibələrdə Osmanlı ordusu həm də canlı qüvvə baxımından da böyük itkilərlə üzləşib. 
Aleksandr Suvorovun büstünün açılışında çıxış edən Rusiyanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kandaurov bildirib ki, Suvorovun adı erməni xalqının tarixi ilə sıx bağlıdır. Kandaurov qeyd edb ki, 1780-ci ildə Rusiya ordusunun baş komandiri Qriqori Potyomkin Suvorova erməni dövlətinin yaradılması tapşırığını verib. Baş konsulun sözlərinə görə Suvorov Ermənistanın “azadlığını” həyata keçirməli olan Rusiya qoşunlarının Həştərxan qrupunun komandiri təyin edilib, lakin rus qoşunlarının Zaqafqaziyada yürüşü o dövrdə baş tutmayıb. 
Onu da bildirək ki, Qriqori Potyomkin eyni zaman Rusiya çariçası II Yekaterinanın sevgilisi olub. Qriqori Potyomkin və Yekaterinanın əsas hədəflərindən biri də Osmanlı dövlətini parçalayaraq Rusiyaya hökmranlığını altında paytaxtı İstanbul olan yeni bir Bizans dövləti qurmaq olub. Qriqori Potyomkin və Yekaterinanın bu planını həyata keçirəcək şəxs isə Aleksandr Suvorov olub. 
Qeyd edək ki, Türkiyə ilə sərhəddə Aleksandr Suvorovun büstünün qoyulması və baş konsul Ruslan Kandaurovun səsləndirdiyi fikirlərə münasibət bildirən insanlar bunun Türkiyəyə verilən bir mesaj olduğunu düşünürlər.

DİGƏR XƏBƏRLƏR

Top