Almaniyada dayancaq təmiri zamanı bank soyğununun qarşısı belə alındı


Almaniyada bir dayanacaqda təmir işləri görən şəxslər bank binasına aparan tunel aşkar ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat verib. Bildirilib ki, parka yaxın ərazidə dayanacaqda kafellərin yerindən oynadığı məlum olub. Daha sonra həmin əraziyə təmir üçün işçilər göndərilib. İşə başlayan ustalar qısa müddət sonra 8 metr uzunluğuna tunelin qazıldığını görüblər. Tunelin Almaniyada fəliyyət göstərən "Volksbank"a apardığı məlum olub. Məsələ ilə bağlı araşdırma başladılıb. "Volksbank"dan verilən açıqlamada bildirib ki, cinayətkarların 23 may tarixində, bankın qonaqlar üçün bağlanacağı vaxtda soyğunun baş tutması planlaşdırıldığı aşkar olunub.

DİGƏR XƏBƏRLƏR

Top