15 nəfərin dünyasını dəyişdiyi yanğın hadisəsindən 6 il ötür


Binəqədi rayonunda 15 nəfərin ölümü, 64 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yanğın hadisəsindən 6 il ötür. 
Yeniavaz.com
xatırladır ki, hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib. Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının çöl hissəsi hadisədən bir müddət əvvəl penoplas üzlüklərlə üzlənib. Ümumiyyətlə, Bakıda 2015-ci ilin 20 mayına olan məlumat görə penoplas ilə üzlənmiş 283 yaşayış binasının olduğu bildirilirdi. Binaların çölünə belə üzlüklərin vurulmasının məqsədi SSRİ dönəmində inşa edilən tikililərə yeni görkəm qazandırılması idi.
Ağır nəticələrə səbəb olmuş yanğınla bağlı cinayət işi başladılıb və binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib, lakin onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 2017-ci ilin yanvar ayında hökm elan olunub və təqsirləndirilən, “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edildiyi açıqlanıb.
Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.
Yaşayış binasında baş verən yanğın nəticəsində həlak olan 15 nəfərin şəxsiyyətləri aşağıdakı kimidir:
1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)
6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
9. Kərimova Nazilə Malik qızı (39 yaş)
10. Kərimova Ayan Anar qızı (5 yaş)
11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
12. Həsənova Alla Antonovna (58 yaş)
13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
14. Boykova Lyubov Viktorovna (87 yaş)
15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top