
Çin “Haiyang-2D” adlı peyki kosmosa göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib. Raketin ağırlığı 22,5 ton, uzunluğu16,6 metr, diametri isə 4,2 metrdir. Verilən məlumatlara görə, bəhs edilən raket Çində kosmos üçün hazırlanan ən ağır raketdir.
“Haiyang-2D” peykinin ətraf mühiti, xüsusən dənizləri və okeanları izləmək üçün nəzərdə tutulduğu bildirilib. Onun vasitəsilə su səthini, dalğa hündürlüyünü, külək istiqamətini, suyun istiliyini və digər göstəriciləri real vaxtda izləmək mümkün olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Çinin kosmosa göndərdiyi 21 tonluq raketlərdən biri idarəetmədən çıxaraq parçalanmışdı. Yerə çatan böyük parçalardan biri Hind okeanına düşmüşdü.