Mingəçevir Xəstəxanası 365 min manatlıq hazır yemək alır


"Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "TAİS-İKF" MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, "TAİS-İKF” MMC “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın sifarişi ilə bu quruma hazır yeməklər satacaq.
"Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" 06.05.2021 - 31.12.2021-ci il tarixlərində alacağı hazır yeməklər üçün "TAİS-İKF” MMC-yə 365 min 136 manat 84 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "TAİS-İKF” MMC - 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

DİGƏR XƏBƏRLƏR

Top