ABŞ-ın İsrailə yüksək dəqiqlikli silah satışı təsdiqləndi – Etirazlar başladı


İsrailin Vaşinqtondakı səfirliyi qarşısında yüzlərlə insan toplanaraq Fələstinə qarşı əməliyyata son qoyulmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, etirazçılar Fələstinə qarşı siyasətin haqsız olduğunu, İsrailin hərəkətlərini qınadıqlarını bildiriblər. Aksiya iştirakçılarının səfirlik binasının qarşısına yığılmasının əsas səbəblərindən biri isə “Washington Post” qəzetində ABŞ-ın İsrailə 735 milyon dollarlıq yüksək dəqiqlikli silah satışını təsdiqləyən xəbərin yayımlanması olub. 
Qeyd edək ki, mayın 12-dən etibarən İsraillə Fələstin arasında qarşıdurma başlayıb. Hər iki tərəfə minlərlə raket atılıb, çox sayda ölən və yaralananlar var.

DİGƏR XƏBƏRLƏR

Top