Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.
Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə də var.
Deputatın arağını soyutduğu bulağın həmin şəhidin məzarından 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha da iyrənc edir.
Həmin görüntüləri təqdim edirik: