Bakıda bir nəfər özünü dənizə atdı


Bakının Suraxanı rayonu ərazisində bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top