Səfirin həyat yoldaşı satıcıya şillə vurdu, ölkə qarışdı – VİDEO


Belçikanın Cənubi Koreyadakı səfiri Piter Leskuyeranın həyat yoldaşı Siyan Sue Syunun mağazada satıcıya şillə vurması gərginliyə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüntülər mağazada yerləşdirilən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda satıcı səfirin həyat yoldaşına əynindəki pencəyin mağazaya aid olub-olmaması ilə bağlı sual verərkən xanım ona hücum edib. Bundan sonra isə səfirin həyat yoldaşı satıcıya şillə vurub.
Hadisədən sonra səfir mağazada xanımına qarşı haqsızlıq edildiyini bildirib. Bundan başqa o, işin polis tərəfindən araşdırıldığını vurğulayıb.
Yaşanan hadisəyə mağazadan da münasibət bildirilib. Onlar səfir xanımının məsələyə çox aqressiv yanaşdığını və hazırda işçinin psixoloji sarsıntı keçirdiyini qeyd edib.
Cənubi Koreyanın Belçikadakı səfirinin açıqlamasından sonra yerli mətbuat orqanları onun səmimiyyətinə inanmadıqlarını və Siyan Sue Syunun öz diplomatik toxunulmazlığından istifadə etdiyini bildirib.
Hazırda ölkənin əsas mətbuat orqanları diplomatın və həyat yoldaşının toxunulmazlığının qaldırılmasını istəyir.
Qeyd edək ki, Vyana Sazişinə əsasən diplomatlar və ailələrinin diplomatik toxunulmazlığı olur.  Həmin şəxslər könüllü şəkildə istəyərsə toxunulmazlıq qaldırılır.

DİGƏR XƏBƏRLƏR

Top