Bakının bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkəti çətinləşib.
Təkcə Heydər Əliyev prospektində (kənar yol şəhər mərkəzi istiqamətində) “Koroğlu” NMM-dən “28 May” - “İçərişəhər” və əks istiqamətdə hərəkət edən 30-dan artıq avtobus sıxlıqda qalıb.
Eyni zamanda Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində, Koroğlu Rəhimov küçəsi - Heydər Əliyev prospekti və Ak.Həsən Əliyev küçəsi istiqamətində, Ziya Bünyadov prospekti – Poladəritmə zavodunun yanından (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən) 20 yanvar dairəsi istiqamətində, Rövşən Cəfərov küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində, Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində, Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısına qədər, 28 may küçəsi – Rəşid Behbudov küçəsi ilə kəsişməyədək nisbətən sıxlıq var.
Həmçinun Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstündə, Afiyəddin Cəlilov küçəsində, Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində, Neftçilər prospekti – Kukla teatrının qarşısı (Niyazi küçəsindən gələn nəqliyyat vasitələri) nisbətən, Məhəmməd Hadi küçəsi – Əhmədli metrosunun qarşısı – Babək prospekti istiqamətində, Mustafa Kamal Atatürk prospekti – Ziya Bünaydov prospekti istiqamətində, Babək prospekti – Heydər Əliyev prospektinə girişdə və Abdulvahab Salamzadə küçəsi – Qələbə dairəsi və Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq var.