"Sosial yardım istədim, hökumət vermədi, necə eləməliyəm?" – VİDEO


Bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olan Xırdalan şəhər 26-cı məhəllə ərazisində dörd balaca körpənin baxımsız vəziyyətdə qalmasına dair məlumatlar öz təsdiqini tapıb. 
Baku TV əməkdaşları vəziyyəti öyrənmək üçün həmin evə yollanıblar.
Uşaqların anası Rahilə Məmmədova bildirib ki, bu evdə iki-üç aydır yaşayırlar: 
“Yoldaşım yoxdur, ona görə də özüm işləyib uşaqlara baxmağa məcburam. Əvvəl toylara kloun kimi gedirdim, indi toylar olmadığı üçün kafedə işləyirəm. Amma uşaqlarımı nəzarətdə saxlamağa çalışıram, işdən icazə alıb tez-tez onlara baxmağa gəlirəm. Sosial yardım istədim hökumət vermədi, necə eləməliyəm?”, – deyə uşaqların anası qeyd edib. 
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov bildirib ki, uşaqlar sığınacağa yerləşdiriləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top