Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA


“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi və sərhəd xidmətləri vasitəsilə operativ əlaqələrini davam etdirir”.
Yeniavaz.com
xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Rusiya münaqişənin həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasında görür:
 “Biz Azərbaycanla Ermənistan arasındakı insidenti yaxından izləməyə davam edirik. Rusiya ən yüksək səviyyədə müntəzəm təmaslar yolu ilə Bakı və İrəvana gərginliyin azaldılmasında kömək edir. Ölkələrimiz arasında hərbi və sərhəd xidmətləri vasitəsi ilə operativ əlaqələr qorunur.
Atəşkəs rejiminə ciddi riayət olunmasının, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha diqqətə çatdırırıq.
Bu cür hadisələrin yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunacağını düşünürük. Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya edilməsinə başlanmasını uzunmüddətli həll yolu olaraq görürük. Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin ardıcıl normallaşmasına bundan sonra da töhfə verməyə hazırdır”.

DİGƏR XƏBƏRLƏR

Top