Azərbaycan Milli Aeroosmik Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Komor-2020” MMC (VÖEN- 1006771111) olub.
Azərbaycan Milli Aeroosmik Agentliyi yeni maşın və avadanlıqların alınması üçün “Komor-2020” MMC-yə 14 min 960 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 14,96 min manatlıq tender müsabiqəsinin qalibi olan “Komor-2020” MMC cəmi 5 ay əvvəl – dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Komor-2020” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə İbrahimov Şəmsəddin Bəhram oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Komor-2020” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Komor-2020” MMC -nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Pərvin” MMC-lərin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
"Oşuma-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26. | 20 manat | Təhməzov Elnur İbrahim | 04.06.2020 |
"Dənizli” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
"Yolova” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
"Yenıera” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 08.07.2020 |
"Maskat-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 10.07.2020 |
"Netgear-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
"Reliance-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
"Vankuver” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
"Ncamena” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
"Tonota” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
"Tamaqa” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
"Kuala-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
"Petra-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
"Bolıvıya” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
"6ES04Y4” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
"Samoa-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 28.07.2020 |
"Uqanda” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 29.07.2020 |
"Lesoto” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
"Malavı” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
“Bazarçay” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Ağayev Fuad Ələddin | 13.08.2020 |
“Anabar” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Ağayev Fuad Ələddin | 13.08.2020 |
“Atray” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əhədov Səmədağa Vəli | 4.09.2020 |
“Barfonq” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əhədov Səmədağa Vəli | 4.09.2020 |
“Balxas” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | İbrahimov Şəmsəddin Bəhram | 8.12.2020 |
“Pərivan” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | İbrahimov Şəmsəddin Bəhram | 8.12.2020 |
“Myanmar” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | İbrahimov Şəmsəddin Bəhram | 9.12.2020 |
“Komor-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | İbrahimov Şəmsəddin Bəhram | 9.12.2020 |
“Aqraxan” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Həsrətov Azər Möhtərəm | 21.12.2020 |
“Bukıt 2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Həsrətov Azər Möhtərəm | 21.12.2020 |
“Dolles” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Həsrətov Azər Möhtərəm | 21.12.2020 |
“Kanıd-Group” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Həsrətov Azər Möhtərəm | 21.12.2020 |
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
A. Cəfərov