Bu gün peyvənd olunanların sayı açıqlandı


Bu gün Azərbaycanda koronavirus əleyhinə 35 min 914 vaksin vurulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 10 min 727, ikinci mərhələ üzrə 25 min 187 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 834 min 657, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 427 min 81, ikinci mərhələ üzrə isə 791 min 876 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top