Türkiyədə doğulan və anası Azərbaycan vətəndaşı olan uşaqların sayı AÇIQLANDI


Ötən il Türkiyədə 1 milyon 112 min 859 uşaq dünyaya gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə Türkiyədə doğulan uşaqların 2 060-nın anası, 118-nin isə atası Azərbaycan vətəndaşı olub.
Məlumat üçün bildirək ki, ana və atası Azərbaycan vətəndaşı olan yeni doğulan uşaqların sayı əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu ildə  ana və atası Azərbaycan vətəndaşı olan 2 268 uşaq (2019-cu ildə 2 178 uşaq) doğulub.
Son 5 ildə Türkiyədə doğulan anası və atası Azərbaycan vətəndaşı olan uşaqların sayı belə olub:
  Anası Azərbaycan vətəndaşı olanlar Atası Azərbaycan vətəndaşı olanlar
2015-ci il 1 490 82
2016-cı il 1 559 83
2017-ci il 1 774 86
2018-ci il 2 045 113
2019-cu il 2 174 94
2020-ci il 2 060 118
Onu da bildirək ki, ötən il Türkiyədə anası Suriya vətəndaşı olan 6 546, Mərakeş vətəndaşı olan 1 216,  Almaniya vətəndaşı olan 1 152, Özbəkistan vətəndaşı olan 1 127, Rusiya vətəndaşı olan 931, Ukrayna vətəndaşı olan 882 uşaq dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top