Kadırov izləyicisini təhdid etdi: "Səni cəzalandıracağam" – VİDEO


Çeçenistan lideri Ramzan Kadırov sosial şəbəkədə açdığı canlı yayım zamanı ona "şeytan" deyən izləyicisini təhdid edib.
Yeniavaz.com
xəbər verir ki, yayılan görüntülərdə Kadırovun izləyicilərindən biri onu “şeytan” adlandırıb. Bunu görən Kadırov gülümsəyərək həmin şəxs barədə məlumatları qeyd edib və təhdid etməyə başlayıb:
“Mənə “şeytan” deyirsənsə səni tapacağam. O vaxt kimin şeytan olduğunu biləcəyik. Çox şeytan cəzalandırmışam. Səni də cəzalandıracağam”.
Videonun davamında Kadırovun ona qarşı sərt ifadələr işlədən izləyicilərini təhqir etdiyi də görülür. 

 

DİGƏR XƏBƏRLƏR

Top