Azərbaycan hansı ölkələrə nə qədər qeyri-neft məhsulu satıb? – SİYAHI


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 697 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan qeyri-neft məhsullarını əsasən 2 ölkəyə - Türkiyə və Rusiyaya ixrac edib.
Bu ilin ilk 4 ayında qeyri-neft məhsullarının ümumi ixracında Türkiyə və Rusiyanın payı 58%-dən çox olub.
Yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 216,2 milyon dollar dəyərində qeyri-neft məhsulları satıb və bu ümumi ixracın 31,02%-nə bərabər olub. Rusiyaya isə 188,5 milyon dollarlıq qeyri-neft məhsulları satılıb ki, bu ümumi ixracın 27,04%%-ni təşkil edib.
Azərbaycan bu ilin 4 ayında qeyri-neft məhsullarını aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR İxracın həcmi
(min dollar)
Ümumi ixracda
payı (% ilə)
Türkiyə 216 231.84 31.02
Rusiya 188 492.14 27.04
İsveçrə 68 180.59 9.78
Gürcüstan 53 458.89 7.67
ABŞ 23 014.85 3.30
Çin 15 575.66 2.23
Türkmənistan 12 867.84 1.85
Ukrayna 11 473.98 1.65
Belçika 9 181.48 1.32
Qazaxıstan 8 223.71 1.18
Almaniya 7 319.56 1.05
İran 7 256.49 1.04
İtaliya 6 866.56 0.99
Digər ölkələr 68 883.67 9.88
 

DİGƏR XƏBƏRLƏR

Top