İsrailin hava hücumları nəticəsində Qəzzadakı mərkəzi laboratoriyaya ziyan dəyib.
Yeniavaz.com “İHA” ya istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, dəyən zərər nəticəsində laboratoriyada COVID-19-a qarşı vaksinasiya və test edilməsi dayandırılıb.